XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

30 İyul 2016 - 13:57

Mikroavtobus çaya düşdü:21 nəfər həyatını itirdi

Pakistanın şimalında mikroavtobus məcrasından çıxan çayın axınına düşərək batıb. Hadisə nəticəsində ən azı 21 nəfər həyatını itirib.

Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, insident iyulun 30-da Federal İdarəli Qəbilələr Ərazisinin Xeybər regionunda baş verib. Toydan qayıdan 21 sərnişini daşıyan mikroavtobus Tabai ərazisində çayı keçməyə cəhd edərkən suyun axınına düşərək batıb.

Xilasedicilər aparılan əməliyyatlar nəticəsində avtomobildəki cəsədləri çıxarmağa nail olub. Hazırda onlar Landi-Kotal şəhərinin hospitalına aparılıb.

Qeyd edək ki, regionda davam edən musson yağışları bir çox çayın məcrasından çıxmasına və geniş əraziləri basmasına səbəb olub.