XƏBƏR LENTİ

26 Yanvar 2021

Digər Xəbərlər

30 İyul 2016 - 14:55

“Türk Hava Yolları”nda daha78 əməkdaş "gülənçi" çıxdı

Türkiyədə hərbi çevrilişə cəhdlə bağlı "Türk Hava Yolları"nın törəmə strukturu "Turkish Ground Services" şirkətinin 78 əməkdaşı işdən azad edilib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Hürriyet" qəzeti xəbər verib.

Qəzetin verdiyi məlumata görə, həmin şəxslərin işdən azad edilməsi Fətullah Gülən hərəkatına dəstək vemələri ilə əlaqədardır. Həmçinin şirkətdə işdən azadolmaların davam etdiyi də qeyd olunur.

Bundan öncə "Türk Hava Yolları" Gülən hərəkatı ilə əlaqədə bilinən 211 əməkdaşı işdən azad edib.