Məhkəmə Yerevanda post-patrul xidmətinin binasını ələ keçirmiş qruplaşmanın iki üzvünü – Qaqik Yeqiazaryan və Arom Akopyanı iki aylıq həbs edib.
Trend RİA Novosti-yə istinadən xəbər verir ki, tutulanların vəkili bildirib: "Ötən gecə məhkəmə istintaqın vəsatətini təmin edərək, Q.Yeqiazaryan və A.Akopyanın barəsində qarşı həbs qətimkan tədbiri görüb".
Qeyd edək ki, həbs edilənlər iyulun 27-də polislə atışmadan sonra hüquq-mühafizə orqanlarına təslim olublar.