XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 July 2015 - 15:33

Suriyanı 4 milyon insan tərk edib – Savaşın acı gerçəyi

suriya-qacqin.jpg

Son 10 ayda Suriyadan 1 milyon insan qaçqın düşüb. Savaş başlayandan bu yana ölkəni tərk edənlərin ümumi sayı isə 4 milyondan artıqdır.

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatı BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı açıqlayıb. Qurum bildirir ki, ilin sonuna qədər suriyalı qaçqınların sayı bir az da artaraq 4 milyon 270 min olacaq:

«Hazırda Türkiyədəki suriyalı qaçqınların sayı təxminən 1 milyon 800, Livanda bundan bir qədər az – 1 milyon 170 mindir».

BMT-nin Qaçqınlar üzrə ali komissarı Antonio Guterres bildirib ki, bu, Əfqanıstanda 90-cı illərdə yaşananlardan sonra ikinci belə ağır mənzərədir. Həmin vaxt Əfqanıstanda 4,6 milyon insan ölkəni tərk etmişdi.