XƏBƏR LENTİ

23 Noyabr 2020

Digər Xəbərlər

30 İyul 2016 - 22:19

Gülnarə Kərimovanın pulları ABŞ-la Özbəkistanıüz-üzə qoydu

Manhetten federal məhkəməsi ABŞ və Özbəkistandan olan vəkillərə Özbəkistan prezidenti Gülnarə Kərimovanın ofşor hesablarda dondurulan yüz milyonlarla dollar vəsaitinin taleyi ilə bağlı razılığa gəlmək üçün 3 ay vaxt verib.

Hazırkı 3 aylıq möhlət iyulun 31-də bitir. Əgər tərəflər 3 ay müddətində – oktyabrın 31-dək razılığa gəlməsələr, məhkəmə çəkişməsi yenidən başlayacaq. Bir il əvvəl ABŞ-da Rusiyanın Vimpelcom və MTS mobil operatorlarının özbəkistanlı məmura rüşvət verməsi və Avropa banklarında olan yüz milyonlarla dollar vəsaitin dondurulması ilə bağlı məhkəmə başlayıb.

İlk gündən bu məmurun Gülnarə Kərimova olduğu iddia edilir. Bu ilin əvvəlində isə məhkəmə sənədlərində onun adı çəkilib. Ötən il söhbət, 300 mln., bu il isə əlavə 550 mln. dollardan gedir. Vəsaitə Özbəkistan hakimiyyəti iddia edir(azadlıq.info).