XƏBƏR LENTİ

31 Oktyabr 2020

Digər Xəbərlər

31 İyul 2016 - 10:14

İstanbulda növbəti izdihamlı demokratiyayadəstək mitinqi keçiriləcək

Avqustun 7-də İstanbulun Yeniqapı rayonunda növbəti izdihamlı demokratiyaya dəstək mitinqi keçiriləcək. Bu mitinqdə silahlı qüvvələrin təmsilçilərinin, sənətçilərin, tanınmış idmançıların iştirakı gözlənilir.

Azərtac Anadolu agentliyinə istinadla xəbər verir ki, bunu “A Haber” və “ATV” telekanallarının ortaq efirində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Prezident, mitinq məsələsini Baş nazir Binəli Yıldırımla müzakirə edəcəyini söyləyib.

Ölkə başçısı deyib ki, bu mitinqə siyasi partiyaların liderləri də dəvət olunacaq. Oradan bütün Türkiyəyə mesajımızı hamımız birlikdə verəcəyik. Normallaşma prosesinin sürətlənməsi da ölkəmiz üçün çox əhəmiyyətli olacaq.

Rəcəb Tayyib Ərdoğan həmin gün Türkiyənin bütün şəhərlərində demokratiyaya dəstək mitinqlərinin keçiriləcəyini söyləyib.