XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

31 İyul 2016 - 10:45

İraqda terrorçular qaz-kompressor stansiyasınahücum etdi

Terrorçular İraqın şimalında, Kərkük şəhərinin 15 kilometrliyində yerləşən qaz-kompressor stansiyasına hücum ediblər.

Azərtac TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin təhlükəsizlik qüvvələrinin mənbələrinə əsasən “Reuters” məlumat yayıb.

Hazırda təhlükəsizlik qüvvələrinin stansiyaya nəzarət edib-etmədikləri bilinmir. Agentliyin məlumatına görə, insident nəticəsində polislərin və stansiyanın işçiləri arasında yaralananların ola bilər.

Hücuma görə heç bir terror qruplaşması məsuliyyəti öz üzərinə götürməyib.