XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

31 İyul 2016 - 14:49

İrəvanda polis binasını ələ keçirəniki silahlı təslim olub

İyulun 17-də İrəvanda polis post-patrul xidməti alayının binasını ələ keçirən silahlı şəxslərdən iki nəfəri təslim olub, daha iki nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib.

"Report" xəbər verir ki, bu barədə Ermənistanın güc strukturlarındakı mənbəyə istinadən "İnterfax" məlumat yayıb.
"Gecə saatlarından indiyədək alay ərazisindən iki nəfər könüllü şəkildə təslim olub, iki nəfər yaralanıb və xəstəxanaya yerləşdirilib", – deyə mənbə qeyd edib.

Hazırda alay ərazisində atəş və partlayış səsləri eşidilir. Ehtimala görə, xüsusi xidmət orqanları orada əməliyyat aparır. Məlumat rəsmi təsdiqini tapmayıb.