Misir ordusunun Rifah şəhərinə hava hücumu nəticəsində 46 nəfər ölüb.
Terrorçulara məxsus silah-sursat anbarlarının bombalanması zamanı aralarında Ənsar Beyt əl-Makdis terror təşkilatının liderlərindən olan Sami Şüeyb və Məhəmməd Zeycan da öldürülüb.
Sözügedən hava hücumunun son aylarda terrorçulara qarşı təşkil olunmuş ən uğurlu əməliyyat olduğu deyilir.
Ənsar Beyt əl-Makdis terror təşkilatı isə hələ ki, məsələ ilə bağlı heç bir açıqlama verməyib.
Axar.az