XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 August 2016 - 06:57

Almaniyada Ərdoğana dəstək aksiyası –40 min adam iştirak edib

koln-aksiya

 

Ötən gün Almaniyanın Köln şəhərində on minlərlə insan, ilk növbədə türk əsilli Almaniya vətəndaşları Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana dəstək mitinqinə toplaşıb.

"Report" xəbər verir ki, bəzi qiymətləndirmələrə görə, aksiyada təqribən 40 min adam iştirak edib.

Polisin məlumatına görə, mitinq təşkilatçıları şəhərin Doyts rayonunda qurulan səhnəyə Türkiyə Cumhuriyyətinin ilk prezidenti Mustafa Kamal Atatürkün fotosunu asıblar. Tribuna qarşısındakı ərazi tamamilə dolu olub.

Nümayiş iştirakçıları iyulun ortalarında baş verən dövlət çevrilişi cəhdi nəticəsində həyatını itirənlərin, həmçinin bu yaxınlarda Almaniya, Türkiyə və Fransada qeydə alınan terror aktları qurbanlarının xatirəsini 1 dəqiq sükutla yad ediblər.

Aksiyanın sonunda Türkiyə liderinin mitinq iştirakçılarına müraciəti oxunub.