XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 August 2016 - 10:05

Qiyam günü Ərdoğanın qaldığı otelə hücum edənhərbçilər yaxalanıblar

Türkiyədə iyulun 15-də Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişinə cəhdi zamanı Prezident Rəcəb Tayyib Ərdoğanın Marmarisdə qaldığı otelə hücum edən 9 hərbçi Muğla vilayətinin Ula bölgəsində yaxalanıb.

Şirinköy məhəlləsinin bir vətəndaşı tərəfindən hərbçilərin yeri barədə məlumat daxil olduqdan sonra jandarma qrupu xüsusi əməliyyat keçirib.

Əməliyyat zamanı jandarma qrupu ilə hərbçilər arasında atışma baş verib, nəticədə hərbçilər təslim olublar(azərtac).