İran və “altılıq” silah embarqosu ilə bağlı anlaşa bilmir

İran və “altılıq” ölkələri hələ ki, Tehrana qarşı silah embarqosu ilə bağlı kompromisə gələ bilmir. Musavat.com xarici qaynağa istinadən xəbər verir ki, bu barədə danışıqların içində olan Qərb diplomatı bildirib.
Məlumatda bildirilir ki, İran tərəfi silah embarqosunun anlaşmadan sonra uzağı 6 ay saxlanmasına hazır olduğunu Bəysn edib.
Bundan bir qədər öncə ABŞ-ın dövlət kstibi Con Kerri İran XİN başçısı Cavad Zərif və Avropa diplomatiyasının başçısı Federiko Moqerini ilə danışıqların yekunlarına dair bildirmişdi ki, İranın nüvə probleminə dair müzakirələrdə mürəkkəb məsələlər qalır.