“Iraqi Airways” aviaşirkətinə məxsus təyyarə Küveytdə təcili eniş edib.
Azərtac “reuters.com”a istinadla xəbər verir ki, təyyarə Bağdad-Dehli marşrutu ilə hərəkət edib. Təcili eniş edilməsinə səbəb sərnişin təyyarəsi havada olarkən mühərriklərinin birində texniki nasazlıq yaranıb.
Məlumatda təyyarənin göyərtəsində 230 sərnişinin olduğu bildirilir və insident nəticəsində zərərçəkən olmayıb.
Sərnişinlərin “Iraqi Airways” şirkətinə məxsus başqa təyyarə ilə Hindistana çatdırılacağı barədə məlumat verilib.