XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 August 2016 - 13:30

Şimali Koreyalı general 40 milyon dollar mənimsəyərəkÇinə qaçıb

Şimali Koreyalı general 40 milyon dollar mənimsəyərək Çinə qaçıb və hazırda üçüncü ölkəyə göndərilməsini gözləyir.

Koreyanın "KBS" telekanalının məlumatına əsasən, Koreya Xalq Demokratik Respublikasından (KXDR) qaçan generalın adı açıqlanmır. Yüksək rütbəli hərbçi KXDR-in Xalq Silahlı Qüvvələrinin Nazirliyində işləyib və onunla birlikdə 2 ailə üzvü də ölkədən qacıb.

Qeyd edilir ki, yaxınlarda general və ailə üzvləri Koreyaya göndərilə bilər. Ölkənin rəsmi hakimiyyət orqanları məlumatı hələ təsdiqləməyiblər(trend).