XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 March 2015 - 14:16

İŞİD Qərbi təhdid etdi

‘Beyaz Saray, Big Ben ve Eyfel Kulesi‘ni havaya uçuracağız‘

“Ağ ev, Eyfel qülləsi, “Big Ben” partadılacaq”

“Yəhudilər və xristianlar kəllə vergisi ödəyəcəklər”

Suriya və İraqda ağır məğlubiyyətə uğrayan İŞİD Avropanın paytaxtlarında partlayış törətməklə Qərbi təhdid etdi. Strateq.az-ın xarici media quruluşlarına istinadən verdiyi məlumata görə, İŞİD-in mətbuat sözcüsü Məhəmməd əl- Adnaninin hədəf göstərdiyi məkanlar İngiltərənin parlament binası “Big Ben”, Parisdəki Eyfel qülləsi və ABŞ-dakı Ağ evdir.

27 dəqiqəlik video ilə mesajını Qərb ölkələrinə çatdıran Adnani Suriya və İraqda ağır məğlubiyyətə uğradıqları xəbərlərini yalanlayaraq “İslam Dövləti güclüdür, daha da güclü olacaq və zəfər qazanacaq” -dedi.

Kobanidən zəfərlə ayrıldıqlarını iddia edən sözcüyə görə, Pentaqon kiçik bir qəsəbəni aylar sonra geri almağı bayram edirsə bu, İslam Dövləti üçün böyük zəfərdir.

İslam bütün dünyaya hakim olana qədər döyüşəcəklərini ifadə edən Məhəmməd əl – Adnani proqnoz verməyi də unutmadı: “O gün xristian və yəhudilərə iki variant təqdim ediləcək. Ya din olaraq İslamı seçəcəklər, ya da ikinci vətəndaş statusu qazanmaq üçün kəllə vergisi ödəyəcəklər”.