XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 August 2016 - 17:25

Almaniyada Ərdoğanadəstək mitinqi

Köln şəhər hökumət orqanları tərəfindən törədilən maneəyə baxmayaraq, Türkiyənin qanuni hakimiyyətini dəstəkləyən aksiya baş tutub və insidentsiz başa çatıb.

Təxminən 2700 polis asayişin qorunması üçün cəlb edilib, çünki gözlənilirdi ki, PKK terror təşkilatının və erməni təşkilatlarının tərəfdarları təxribat törətməyə çalışacaqlar.

Polisin məlumatına görə, aksiyada 20 minədək türk vətənpərvəri iştirak edib.

Bu ərəfədə Almaniya Federal Konstitusiya Məhkəməsi nümayişin təşkilatçılarına Türkiyə hökumət orqanlarının siyasətini dəstəkləmək məqsədilə Kölndə aksiya zamanı Türkiyə Prezidentinin çıxışının birbaşa yayımlanmasını qadağan etmişdi ki, bu da hüquq müdafiəçiləri tərəfindən hiddətlə qarşılanmışdı. Sonda Rəcəb Tayyib Ərdoğanın müraciəti tribunadan oxunub.

Türkiyənin Avropa Məsələləri üzrə naziri Ömər Çelik qadağanı sərt tənqid edib. Onun sözlərinə görə, bu qərar “söz azadlığına və toplantı keçirmək hüququna qarşı yönəlib”.