XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

01 Avqust 2016 - 18:45

Türkiyədə konstitusiyaya dəyişiklikgündəmə gəldi

Bu gün Türkiyənin baş naziri, Ədalət və İnkişaf Partiyasının sədri Binəli Yıldırımla müxalifətdə olan Cumhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu və Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı arasında görüş keçirilib.

Lent.az habertürk-ə istinadən xəbər verir ki, əvvəlcə CHP-nin qərargahında görüşən Binəli Yıldırım və Kamal Kılıçdaroğlu 1 saatdan artıq davam edən müzakirələrin nəticələri barədə mediaya açıqlama veriblər. Tərəflər mövcud konstitusiyada bəzi dəyişiklikləri müzakirə etdiklərini bildiriblər.
 
Daha sonra Binəli Yıldırım parlament binasında MHP lideri Dövlət Bağçalı ilə bir araya gəlib. Görüşdə konstitusiyaya edilməli olan dəyişikliklər, ölkədəki fövqəladə vəziyyət və dövlətin içində formalaşmış qruplaşmalarla mübarizə məsələləri müzakirə edilib.