XƏBƏR LENTİ

14 Avqust 2020

Digər Xəbərlər

01 Avqust 2016 - 21:23

Türkiyədə polisə PKK hücumu:6 ölü, 3 yaralı

Türkiyənin Bingöl vilayətində PKK terrorçuları xüsusi təyinatlı polisləri daşıyan hərbi avtomobili partladıblar.

Anadolu Agentliyi xəbər verir ki, partlayış yola əvvəlcədən basdırılmış bombanın işə salınması nəticəsində baş verib.

Bingöl valisi Yavuz Səlim Köşger partlayış nəticəsində 5 polisin şəhid olduğunu, 4 nəfərin isə ağır yaralandığını bildirib. Yaralananlar xəstəxanaya yerləşdiriliblər.

Əraziyə dərhal təhlükəsizlik qüvvələri cəlb olunub, araşdırmalar aparılır.