XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

01 Avqust 2016 - 22:05

Türkiyədə konstitusiya dəyişikliyi ilə bağlıkomissiya yaradıldı

Türkiyədə konstitusiya dəyişikliyi hazırlığı ilə bağlı komissiya yaradılıb. 

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, ölkə müxalifəti də iqtidarın bu addımını dəstəkləyib. 

Məlumata görə, komissiyada hakim Ədalət və İnkişaf Partiyası (AKP), Cümhuriyyət Xalq Partiyası (CHP) və Milliyyətçi Hərəkat Partiyası (MHP) yer alacaq. CHP-ni sədr müavini Bülent Tezcan, MHP-ni isə Afyonkarahisardan seçilmiş millət vəkili Mehmet Parsak təmsil edəcək. Onlar ölkə konstitusiyasına nəzərdə tutulan dəyişikliklə bağlı əvvəlcədən hazırlıq işi görəcək və bunu partiya sədrlərinə təqdim edəcəklər.   

Xəbərdə komissiyanın ilk toplantısının nə vaxt keçiriləcəyinin hələlik müəyyənləşdirilmədiyi bildirilib.