XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

12 İyul 2015 - 12:48

“İraq və Suriya adlı dövlətlər artıq yoxdur”

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş direktoru Maykl Hayden Suriya və İraq adlı dövlətlərin xəritədən silindiyini və kürdlərin ( PKK oxu: red) ABŞ üçün ən vacib müttəfiqi olduğunu deyib.

PKK-nın nəzarətində olan Rudava danışan Maykl Hayden kürd silahlı qruplaşmalarına birbaşa silah verilməsinin tərəfdarı olduğunu bildirib.
Bundan başqa MKİ-nin keçmiş direktoru Almaniyada dərc olunan “DIE WELT” qəzetinə verdiyi müsahibədə də bu iddialarını təkrarlayıb. Həmin müsahibəni təqdim edirik:
Obama hökuməti İraqın yenidən parçalanmasını istəyir?
Hökumətin rəsmi siyasəti bu yoldadır. Bu məsələ bizim qərarlarımızda olduqca təsirli haldadır. Məsələn, kürdlərə silah vermə məsələsində. Mənə görə kürdlər bizim ən böyük müttəfiqimizdir. Elə də qalacaq.
İraq Ordusunu görürsünüz. Ənbarı təkrar nəzarəti altına almağa çalışır mı? Şəxsən mən görmürəm. Bəs İraq Ordusunun Mosulu təkrar alacağına inanırsınızmı? Bu da olmayacaq. Tikriti ələ keçirən də şiə qruplarıdır . Bunlar fikirləşir ki, Birləşmiş Millətlər Təşkilatı İraq və Suriyadakı vəziyyəti normala çevirəcək . Bunlar da hərəsi bir kreslo sahibi olacaq.
İraqı federativ dövlət kimi təsəvvür edirsinizmi? çünki, İran və Türkiyə müstəqil Kürdüstanı qəbul etməyəcək. Bu halda Vaşinqton qəbul edəcəkmi?
Vaşinqton dəstəyini çox göstərir. Tarixə baxsaq, Osmanlı İmperatorluğu burada üç vilayətdən ibarət idi. Kürd, sünni və şiə vilayətləri. Yəni Mosul, Bağdad və Bəsrə vilayətləri, indiki dövrdə isə İraq deyirik. Bu parçalanma tarixi bir bölünmədir.
Suriya və İraqın əvvəlki halına gələcəyinə inanmıram. Başqa variantlar tapmalıyıq lazımdır. Bu səbəblə kürdlərin birbaşa silahlanmasını dəstəkləyirəm.
IŞİD-lə bundan sonra necə mübarizə aparacaqsınız?
Hər şeydən əvvəl, qarşı tərəfi zəiflətmək lazımdır. çünki bizim özümüzü qorumaq haqqımız var. Hava hücumları təşkil edərək təşkilatın maddi-texniki və mərkəzi qərargahlarını vurmağımız lazımdır. Həmçinin koalisiya güclərini qorumaq lazımdır. Mötədil İslamı dəstəkləmək lazımdır.
Tam olaraq nə demək istəyirsiniz?
17-ci əsrdə otuz illik döyüşlərin dini bir səbəb vardı . Həmçinin müasir Avropa tarixçiləri Vestfal razılaşması ilə din və dövlət münasibətlərini bir-birindən ayırdı. Halbuki İslamda heç bir zaman belə bir cəhd olmayıb. Bəlkə də heç olmayacaq.
Ancaq bu müharibənin İslamla bağlı bir döyüş olmadığını söyləmək səhv olar. Hər cəhətdən İslamı maraqlandıran bir vəziyyətdir və burada bizə düşən mülayim İslamı müdafiə edənləri dəstəkləməkdir.
Mötədil İslam varmı?
Əlbəttə ki, var. Nə qədər pis və sərt olsa da, Misir dövlət başçısı Sisini alternativ olaraq görə bilərik. Əl-Əzhər Universitetində çıxışı olduqca diqqətçəkəndi. İslam içində qeyri-adi bir inqilaba çağırıb. Bu çıxışı Qahirənin təkrar hərbi yardım almasına səbəb olub.
Obama Hökumətinin nüvə enerjisinə görə İranla yaxınlaşmasının sünnilər arasında inamsızlığa səbəb olduğu deyilir. Siz nə düşünürsünüz?
Bu sualı Obama hökumətinə soruşmağınız lazımdır.
Bəli, amma İran beynəlxalq arenada uzunmüddətli bir strategiya yeridir?
Kissingerin bir sualı vardı. “İran bir dövlət ola bilərmi? Ya da bir ideologiya bilərmi”? Bu barədə İranın qərar verdiyindən mən əmin deyiləm.
İran ilə nüvə müqaviləsinin qısa zamanda olacağına inanırsınızmı? Bu sizi narahat etmirmu?
Bu barədə çox narahatam. Hətta nüvə sənayesinə malik olan ölkələr 12 ay ərzində İrana bomba əldə etmək imkanı verir.
Bəs çin bu məsələdə Vaşinqtona düşmən ola bilərmi?
çin ABŞ-a düşmən deyil. Ancaq rəqabət var. Ən böyük təhlükə İŞİD təhlükəsidir. Amerika, İran və nüvə silahı problemi də ciddi bir təhdiddir . çin bizim düşmənimiz deyil, ancaq dünya sülhünün gələcəyi baxımından da çox əhəmiyyətli bir problemdir.