Odessanın qubernatoru Mixail Saakaşvili çimərilklərin qarşısını kəsən hasarların sökülməsi barədə Ukrayna Təhlükəsizlik Xidmətinə və Dövlət sərhəd xidmətinə müraciət edib.
Strateq.az bildirir ki, bu barədə Saakaşvili özünün sosial şəbəkədəki səhifəsində yazıb.
Qubernator yazıb ki, səhər Odessa çimərlikləri boyu gəzərkən onların qapalı olması diqqətini çəkib.
“Mən və müavinim Yuliya Maruşevskaya bu qapalı çimərlik boyu gəzirdik. Gözlərimə inanmıram.. 2015-ci ildə bu necə mümükün ola bilər axı? Odessalıların və şəhərə gələn qonaqların konstitutsiya hüququ pozulur. Dərhal sərhəd xidmətinin rəhbəri Viktor Nazarenkoya və SBU-nun rəhbəri Vasili Qrisaka zəng vuraraq bu barədə məlumat veridm və hasarların sökülməsinə kömək etməyi xahiş etdim. Onlar dərhal razılaşdılar. Buna görə onlara minətdaram”,-deyə Saakaşvili qeyd edib.