XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

02 Avqust 2016 - 13:36

Şvaynştayger “Mançester Yunayted”lə dəvidalaşır

Bu günlərdə futbol üzrə Almaniya yığmasından getdiyini açıqlayan millinin kapitanı Bastian Şvaynştayger, indi də “Mançester Yunayted”dəki karyerasına son vermək istəyir.

Azərtac “Bild” qəzetinə istinadla xəbər verir ki, komandanın baş məşqçisi Joze Mourinyo yarımmüdafiəçini əsas heyətdən uzaqlaşdıraraq əvəzedici heyətə göndərib. Məlum olub ki, artıq almaniyalı futbolçu özünə yeni klub axtarışındadır.

Ötən mövsüm İngiltərə təmsilçisinin heyətində iyirmi oyun keçirən Bastian rəqib qapısına bir top vurub. O, həm də “Avro-2016”da Almaniya millisi ilə yarımfinaladək irəliləyib.