İrəvanda post-patrul xidməti alayının binasının zəbtindən sonra Ermənistanda silah satışı qadağan edilib.
Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.
Ermənistanın "Aykakan jamanak" qəzeti yazır ki, baş vermiş hadisələrdən sonra xüsusiləşdirilmiş silah dükanlarında yalnız qeydiyyat tələb etməyən və təhlükə yaratmayan pnevmatik silahın satışına icazə var. Digər silahlar satışdan yığışdırılıb. Polis bu silahları rəsmi qeydiyyata almaqdan imtina edib.
Qəzet yazır ki, polis həmçinin ovçulardan silahlarını təhvil verməyi tələb edib.