XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 August 2016 - 16:32

Bu il dünyada 4 mindən çoxmiqrant və qaçqın həlak olub

2016-ci ilin əvvəlindən dünyada 4 mindən çox miqrant və qaçqın həlak olub. Onlardan 3 min 100-dən çoxu Aralıq dənizindən Avropa ölkələrinə keçmək istəyərkən boğulub.

Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) rəsmi nümayəndəsi Djoel Millman bildirib ki, təşkilatın ilin əvvəlindən həyata keçirilən layihəsi çərçivəsində 4017 ölüm halı qeydə alınıb. Bu göstərici 2015-ci illə müqayisədə 26 faiz çoxdur.

BMT-nin məlumatına görə, İtaliya sahillərində iyunun 29-dan avqustun 1-dək 7923-ə yaxın insan xilas edilib. Ümumilikdə ilin əvvəlindən Aralıq dənizi vasitəsilə Avropa ölkələrinə 257 min 186 miqrant və qaçqın gəlib.