XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 July 2015 - 05:02

Rusiyada 12 desant öldü

Rusiyanın Omsk şəhərində Hərbi Desant Qoşunlarının kazarması uçub. Apa-nın RİA “Novosti”yə istinadən verdiyi məlumata görə, hadisə iyulun 12-də axşam saatlarına baş verib.

Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, hadisə nəticəsində 12 nəfər həlak olub, daha 19 nəfər xəstəxanadadır.

“13 iyul səhərə olan məlumata görə, dağıntılar altından 31 nəfər çıxarılıb. Onlardan 12-si ölüb, 19-u xəstəxanadadır”, – deyə MN rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib.

Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin “Səhlənkarlıq” maddəsinin üç hissəsi üzrə cinayət işi başlanıb. Hadisə yerində müstəntiqlər, həmçinin Baş Hərbi Prokurorluğun əməkdaşları işləyirlər.