XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 August 2016 - 22:22

İstanbulda demokratiya və şəhidlərmitinqi keçiriləcək

Avqustun 7-də İstanbulun Yeniqapı meydanında demokratiyaya dəstək mitinqi keçiriləcək. “Demokratiya və şəhidlər” şüarı altında keçiriləcək mitinq ölkənin bütün şəhərlərində və meydanlarında davam edən demokratiya növbələrinin ən izdihamlısı olacaq.

Azərtac Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, bu sözləri hakim Ədalət və İnkişaf Partiyasının sədri, Baş nazir Baş nazir Binəli Yıldırım deyib.

Baş nazir deyib: “Həmin gün tariximizin, demokratiyamızın ən böyük mitinqini həyata keçirəcəyik. Oradan bütün Türkiyəyə hamımız birlikdə mesaj verəcəyik. Ona görə bu mitinqə siyasi partiyaların liderlərini də dəvət edirəm. Onların bu böyük mitinqə gələrək bütün xalqımızla həmrəylik nümayiş etdirmələri çox əhəmiyyətlidir”.