XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 August 2016 - 14:29

Dünyanın 25 ən yaxşı şəhəri:- Lider Tokiodur

"Monocle" jurnalının araşdırmalarına əsasən, Tokio 2016-ci ildə dünyanın 25 ən yaxşı şəhərlər reytinqinə başçılıq edib.

Trend-in məlumatına görə, reytinqin hazırlamasında beynəlxalq marşrutların sayı, içtimai nəqliyyatdakı qiymətlər, gecə həyatı, müstəqil kitab mağazalarının mövcüdluğu və digər amillər nəzərə alınıb.

Reytinqdə ikinci yerdə Berlin, üçüncü yerdə isə Vyana yer alıb. Reytinqdə sonrakı yerləri Kopenhagen, Münxen, Melburn, Fukuoka, Sidney, Kioto və Stokholm bölüşdürür.

2015-ci ilin reytinqində isə birinci yer Tokio, ikinci – Vyana, üçüncü yer isə Berlinə məxsus olub.