XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

14 Mart 2015 - 05:57

BMT: Sakit okeanda “Pem” siklonu 44 nəfərin həyatına son qoyub

Episentrdə küləyin sürəti saniyədə 75 metrə (270 km/saat) çatır

Картинки по запросу циклон

Sakit okeandakı Vanuatu ada respublikasına olduqca güclü “Pem” tropik siklonu həmlə edib.

Strateq.az xarici KİV-ə isnadən xəbər verir ki, BMT-nin humanitar məsələləri koordinasiya üzrə İdarəsinin əməkdaşları 44 nəfərin fəlakət qurbanı olduğunu bildiriblər. Həlak olanların hamısı Penam əyalətinin sakinidir. İdarədə qorxurlar ki, qurbanların sayı arta bilər.

Paytaxtdakı binaların bir qismi suya qərq olub və dağılıb. Bölgələrin əksəriyyətində insanlar enerji təchizatı sarıdan ciddi problemlər yaşayırlar.

BMT Uşaq Fondunun (YUNİSEF) təmsilçisi Elis Klementsin sözlərinə görə, güclü külək davam edir. Episentrdə küləyin sürəti saniyədə 75 metrə (270 km/saat) çatır. Metereoloqların hesabına görə, siklon çərşənbə günü Yeni Zelandiyanın yanından keçəcək.

YUNİSEF-in bölgə şöbəsinin icraçı direktoru Vivyen Maydaborn bildirib: “Hələlik dəqiq söz demək çətindir, lakin ilkin hesablamalar bu fəlakətin Sakit okean bölgəsində ən pis fəlakətlərdən biri ola biləcəyindən xəbər verir”.