XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

03 Avqust 2016 - 17:19

“FlyDubai” aviaşirkəti reyslərimüvəqqəti dayandırdı

"FlyDubai" aviaşirkəti Dubay beynəlxalq hava limanından həyata keçirilən bütün reysləri çərşənbə günü saat 23.00-a qədər dayandırıb.

Trend TASS-a istinadən xəbər verir ki, reyslər Dubay hava limanında qəza vəziyyətində eniş etmiş "Emirates" şirkətinə məxsus "Boeing 777-300" təyyarəsi ilə bağlıdır.

Dubay hava limanına uçuşları həyata keçirən xariçi aviaşirkətlər hələ ki Birləşmiş Ərəb Əmirliklərinin hakimiyyət orqanlarından təlimatlar almayıb. Eyni zamanda, gözlənilir ki, bir gün ərzində Dubay hava limanından həyata keçirilən uçuşlarda fasilələr yaranacaq.

Xatırladaq ki, "Emirates Airlines" aviaşirkəti bu gün yerli vaxtla saat 12.45-də Dubayın hava limanında təcili eniş etib. Hadisə zamanı təyyarədə 228 sərnişin və 18 ekipaj üzvü olub. Bütün sərnişinlər evakuasiya edilib, tələfat yoxdur. Təyyarə Hindistanın Tiruvanantapuram şəhərindən EK521 reysini həyata keçirib.

Bir neçə KİV təyyarənin Dubay hava limanında həyata keçirilmiş uğursuz təyyarə enişinin videoçarxlarını dərc edib. Videoda görünür ki, eniş zamanı təyyarədə (təqribən mühərrikin) partlayış müşahidə olunur.