XƏBƏR LENTİ

01 İyun 2020
31 May 2020

Digər Xəbərlər

03 Avqust 2016 - 17:30

Nazir:"Avropa İttifaqı hərbi çevriliş cəhdinin qarşısının alınmasını alqışlamalıdır"

"Avropa İttifaqı Türkiyədə hərbi çevriliş cəhdinin qarşısının alınması faktını alqışlamalıdır".

Trend Türkiyənin "TRT Haber" telekanalına istinadən məlumat verir ki, bunu ölkənin Aİ ilə işləri üzrə naziri Ömər Çelik deib.

Onun sözlərinə görə, Türkiyə xalqının demokratiyanı dəstəkləməsi ölkə əhalisinin sağlam demokratiya haqqından anlayışı olmasından xəbər verir.

Nazir qeyd edib ki, Türkiyə demokratiyanın müdafiəsi istiqamətində addımlar qanun çərçivəsində atılır.

Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.