XƏBƏR LENTİ

11 Avqust 2020

Digər Xəbərlər

03 Avqust 2016 - 20:35

Saçdan Ərdoğanın portretini yaratdı- FOTO

Türkiyənin paytaxtı Ankarada yaşayan bərbər liderə sevgisini nümayiş etdirmək üçün köməkçisinin saçından prezident Rəcəb Tayyib Ərdoğanın portretini kəsib.

BBC xəbər verir ki, Ginnes rekordçusu olan bərbər Ercan Buyruk bildirib ki, köməkçisinin saçı ilə ölkə başçısının portretini hazırlamaq ona səkkiz saata başa gəlib.

E.Buyruk yalnız qayçı və açıq ülgücdən istifadə etdiyini bildirir: “Bizim ürəyimizdə prezident sevgisi var. Bərbər kimi mən bu sevgini saçda əksə etdirmək istəmişəm. Biz bu sevgini artıq ürəyimizə həkk etmişik".

Onun sözlərinə görə, Ginnes-in rekordlar kitabına 24 saat ərzində 363 nəfərin saçını kəsməklə düşüb.