XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 August 2016 - 20:17

Terror təhlükəsinə görə SIM kartlar yenidən məcburi qeydiyyatdan keçiriləcək- Tacikistanda

Tacikistanda terror təhlükəsinə görə mobil operatorlar daha əvvəl satılmış SIM kartları yenidən qeydiyyatdan keçirməyə məcbur olacaq.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkə hökuməti yanında Rabitə Xidmətinin Rabitə Tənzimləmə İdarəsinin rəisi Conibek Dadomatov jurnalistlərə açıqlamasında bildirib.

Rabitə Xidmətinin məlumatına görə, bu il iyulun 1-nə respublikada qeydiyyatdan keçmiş mobil rabitə abunəçilərinin sayı 10 milyon nəfərə çatır və onların 4,9 milyonu aktiv abunəçilərdir. Lakin digər tərəfdən, son illərdə ölkədə mobil operatorların aktiv SIM kartlarının 70%-dən çoxu heç bir sənəd təqdim etmədən satılıb. Eyni zamanda, Tacikistan mobil operatorlarının SIM kartları Əfqanıstanın şimalında da satılıb.

İdarə rəisi vurğulayıb ki, Rabitə Xidmətinin bu qərarı Əfqanıstandakı terror qruplaşmalarının Tacikistan mobil rabitə operatorlarının SIM kartlarından istifadəsinin qarşısını almaq məqsədi daşıyır.

"İndi Tacikistan mobil rabitə operatorlarının SIM kartlarından yalnız Tacikistan ərazisində istifadə etmək mümkün olacaq, Əfqanıstanla sərhəd ərazilərdə heç kim onlardan istifadə edə bilməyəcək", – deyə C.Dadomatov bildirib.