XƏBƏR LENTİ

01 İyun 2020
31 May 2020

Digər Xəbərlər

03 Avqust 2016 - 20:49

Yer kürəsi Bennu asteroidi ilətoqquşa bilər

Amerika alimləri diametri 487 metr olan Bennu asteroidinin saatda yüz min kilometrdən böyük sürətlə Yer kürəsinə yaxınlaşdığını bildiriblər. 

Elm adamları bu göy cismi ilə toqquşma nəticəsində dünyanın tamamilə məhv ola biləcəyini söyləyirlər. Mütəxəssislərin sözlərinə görə, toqquşma 2175-2196-cı illər arasında baş verə bilər. Proqnozların düz çıxacağı təqdirdə baş verən zərbənin gücünün üç milyard ton partlayıcı maddənin partlamasına bərabər olacağı bildirilir. Bennu asteroidinin öyrənilməsi üçün xüsusi zondun səmaya buraxılması gözlənilir. Alimlər o zamanadək elmin bu böyüklükdə təhlükələrin qarşısını alacaq qədər inkişaf edəcəyinə ümid edirlər.

Bu göy cismi hər altı ildən bir Yerin orbitini kəsib keçir və hər dəfə planetə bir az da yaxınlaşır. Alimlərin fikrincə, Bennu 2175-ci ildə Ay və Yerin arasından keçəcək ki, bu da toqquşmaya səbəb ola bilər(azərtac).