XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

03 Avqust 2016 - 20:53

Avropa komissarı Çexiya prezidenti ittiham etdi:“Öz fikirləri ilə Avropanı zəiflədir”

Avropa komissarı Günter Ettinger miqrantların qəbulunun əleyhinə olan Çexiya prezidenti Miloş Zemanın ölkəsinin qaçqınları qəbul etməsi məsələsinə parlament səviyyəsində baxılmasının məqsədəuyğunluğu barədə bəyanatını tənqid edib.

O, Almaniyanın “ffn” radiosuna müsahibəsində deyib: “Zeman öz fikirləri ilə Avropanı zəiflədir”. Avropa komissarı digər məsələlərlə bərabər qeyd edib ki, Çex Respublikasının Konstitusiyasında qaçqınlara sığınacaq verilməsi ilə bağlı, məsələn, Almaniya Konstitusiyasında olduğu qədər müddəaların nəzərdə tutulmadığını bilir.

Lakin Avropa İttifaqının (Aİ) qaçqınların qəbulu üzrə kvotalara dair qərarı Aİ qanunvericiliyinin tələblərinə müvafiq olaraq böyük əksəriyyət tərəfindən qəbul edilib(azərtac).