XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

14 Mart 2015 - 06:25

Rusiyanın hərbi təlimləri NATO-nu rahatsız edir

Stoltenberq: “Ukrayna alyansın məsuliyyət zonasına daxil deyil”

Картинки по запросу stoltenberq

NATO-nun baş katibi Yens Stoltenberq qeyd edib ki, Rusiya silahlı qüvvələrinin tez-tez baş verən hərbi təlimləri alyans üzvlərində narahatlıq doğurur.

Strateq. Az xarici KİVə isnadən bildirir ki, baş katib deyib: “Hər bir ölkə onun beynəlxalq öhdəliklərinə uyğun gələn səviyyədə hərbi təlimlər keçirmək hüququna malikdir. Lakin Rusiyanın son zamanlar tətbiq etdiyi qəfil hərbi təlim praktikası təşviş yaradır. Gözlənilməz, təəccüb doğuran hərbi təlimlər sabitliyə səbəb ola bilməz”.

Baş katibin sözlərinə görə, Rusiya son iki ildə ona yaxın qəfil hərbi təlim keçirib, halbuki NATO soyuq müharibədən sonra belə təlimlər keçirməyib. Stoltenberq qeyd edib ki, Rusiya Krımı hərbi təlim görüntüsü altında işğal edib.

Bununla belə, Stoltenberq deyib ki, NATO Donbasdakı münaqişəyə qarışmayacaq, çünki Ukrayna alyansın məsuliyyət zonasına daxil deyil.

Baş katib xatırladıb ki, alyans ancaq öz üzvlərinin təhlükəsizliyinə zamin durur: “Biz müttəfiqlərimizin müdafiəsi və qorunmasına cavabdehik, onların isə heç biri hücuma məruz qalmır. LakinRusiyanın Ukraynada nələr etdiyi ilə heç cür razılaşa və qəbul edə bilmərik. Məhz buna görə Ukraynanı ciddi siyasi dəstəklə təmin edirik”.

Alyansın başçısı Rusiyanı bütün qüvvələrini Şərqi Ukraynadan çıxarmağa çağırıb.