Avrozona liderlərinin Yunanıstanla bağlı sammitinin ardından Almaniya kansleri rəsmi Afinaya ayrılacaq yardımın məbləğini açıqlayıb.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Merkel üç il ərzində Yunanıstanın 82, yaxud 86 milyard dollar yardım ala biləcəyini deyib. Lakin Merkel xatırladıb ki, Yunanıstanın köhnə borclarının silinməsindən söhbət gedə bilməz: «Qarşıda Yunanıstanı uzun və ağır yol gözləyir. Amma ümid edirik ki, bu yardım işə yarayacaq». Son açıqlamalarının birində Merkel bildirmişdi ki, Yunanıstan parlamenti dövlət büdcəsinin xərclər hissəsini azaltmaq üçün bir neçə qanun qəbul etməlidir.