XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

03 Avqust 2016 - 21:56

Harri Potter haqqında yeni kitab 2 günə2 milyondan çox satıldı

ABŞ və Kanadada satışa çıxdığı ilk iki gündə Coan Roulinqin "Harri Potter və lənətlənmiş uşaq" kitabının 2 milyondan çox nüsxəsi satılıb.

Azərtac blogs.wsj.com saytına istinadla xəbər verir ki, gənc sehrbaz haqqında bundan əvvəl "Harri Potter və ölümün hədiyyələri" kitabı ABŞ-da satışa çıxdığı ilk gündə 8,3 milyon nüsxə satılaraq rekord qırmışdı. Kitabın elektron versiyası isə Pottermore saytında oxucuların ixtiyarına verilib.

Əsər Londonda iyulun 30-da səhnələşdirilmiş tamaşanın geniş oxucu kütləsi üçün uyğunlaşdırılmış versiyasıdır. Məşhur amazon.com alış-veriş platforması kitabın satış rəqəmlərini açıqlamasa da, öncədən sifarişlərin rekord göstəriciləri yenilədiyini vurğulayıb.

Dünyada 200-dən çox ölkədə çap olunan və 79 dilə tərcümə edilmiş Harri Potter haqqında kitablar seriyasının ümumi tirajı 450 milyon nüsxədir.