Layihənin dəyəri 45 milyard dollardır və 7 il ərzində həyata keçiriləcək
Strateq.az xarici KİV-ə əsasən bildirir ki, Misir ən yaxın illərdə ölkənin şərqində yeni inzibati paytaxt salmaq niyyətindədir. Mənzil tikintisi naziri Mustafa Madbuli nəhəng investisiya layihəsinin təqdimatı ilə çıxış edib.
Misir hökuməti yeni paytaxtın yerini Qahirədən 45 km şərqə planlaşdırıb. Nazirin sözlərinə görə, baş şəhərin Süveş kanalına sarı çəkilməsi 40 ildə əhalisi daha iki dəfə artacaq 20 milyonluq meqapolisin əhalisinin artmasıyla bağlıdır. Layihənin dəyəri 45 milyard dollardır və 7 il ərzində həyata keçiriləcək.
Yeni paytaxtın ərazisi Sinqapurun ərazisinə bərabər olacaq. Gözlənilir ki, orada 5 milyon insan məskunlaşacaq.
Qeyd edək ki, ötən gün Misirin Şarm əş-Şeyx kurort şəhərində iqtisadi inkişaf və yatırımlar üzrə beynəlxalq konfrans başlanıb. Konfransa dünyanın müxtəlif ölkələrindən 89, o cümlədən 20-dən çox yüksək səviyyəli nümayəndə gəlib.
Forumda çıxış edən Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Küveyt təmsilçiləri Misirə hər bir ölkədən 12 milyard dollarlıq iqtisadi yardım zərfi ayrılmasını elan ediblər.