XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 August 2016 - 12:51

Tramp respublikaçıların ali rəhbərliyinindəstəyini itirir

Demokratlar Partiyasının iyulun 25-28-də Filadelfiyada keçirilən qurultayından sonra Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp hər gün istər seçicilərin, istərsə də öz partiyasının yüksək vəzifəli təmsilçilərinin dəstəyini itirməyə başlayıb. İyulun 3-də ABŞ KİV-ləri təsdiq ediblər ki, Respublikaçılar Partiyasının ali rəhbərliyi, o cümlədən Respublikaçılar Partiyasının Milli Komitəsinin sədri Rins Pribus partiyanın namizədinin gözlənilməz hərəkətlərindən və sözçülüyündən bərk narazıdır.

Bir çox respublikaçılar D.Trampın müsəlmanlar və 2004-cü ildə İraqda intiharçı-terrorçunun hücumu zamanı xidmət yoldaşlarını xilas edərək qəhrəmancasına həlak olmuş Amerika əsgəri Humayun Xanın ailəsi haqqında xoşagəlməz fikirlərinə kəskin reaksiya veriblər.

Xatırladaq ki, ötən həftə demokratların Filadelfiyada qurultayı zamanı əsgərin atası, əslən Pakistandan olan Xızr Xan D.Trampın müsəlmanlara nəzakətsiz münasibəti və onun başqa ölkələrdən olan müsəlmanların ABŞ-a gəlməsinə qadağa qoyulması təklifi barədə bildirib ki, D.Tramp ölkəyə başçılıq etsəydi, Xan ailəsi heç vaxt ABŞ-a köçə bilməzdi və onun oğlu, ABŞ ordusu kapitanı Amerikanın İraqda hərbi kampaniyası gedişində qəhrəmancasına həlak olmazdı. O, həmçinin özünə məxsus olan və bütün irqlərin, dinlərin və etnik qrupların nümayəndələrinin bərabər hüquqlarını təmin edən ABŞ Konstitusiyasının surətini Trampa təklif edib. Bundan sonra D.Tramp X.Xan və onun ailəsi haqqında kəskin fikirlər söyləyib.

Bundan əlavə, Tramp tez-tez seçkilərin nəticələrinin saxtalaşdırılacağından danışmağa başlayıb. Namizədin gözlənilməz davranışı və fikirləri Respublikaçılar Partiyasını təşvişə salmağa başlayıb. KİV-lərin məlumatına görə, Tramp birdən-birə öz seçki kampaniyasını dayandırarsa, partiyanın ali rəhbərliyi potensial namizədlər arasından onun əvəzini hazırlamalıdır. Kampaniyanın vaxtından əvvəl dayandırılacağı təqdirdə, Respublikaçılar Partiyasının 168 üzvdən ibarət Milli Komitəsi sentyabrın əvvəlindən gec olmayaraq yeni namizədini təqdim etməlidir(azərtac).