XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 August 2016 - 13:15

Con Kerri Türkiyəyəsəfər edəcək

ABŞ dövlət katibi Con Kerri avqustun sonunda Türkiyəyə səfər edəcək.

Bu barədə Trend "TRT HABER" telekanalına istinadən xəbər verir.

Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.

Çevrilişə cəhddən sonra Türkiyə-ABŞ münasibətləri pisləşib. Ankara bəyan edib ki, çevrilişin arxasında ABŞ-da yaşayan Fətullah Gülən dayanır. Ankaranın sorğusuna cavab olaraq ABŞ rəsmiləri F.Gülənin Türkiyəyə ekstradisiyası məsələsinə baxır.