XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 August 2016 - 15:39

Alimlər:"Fəsillər yerini dəyişə bilər"

Təbii mövsüm dəyişikliyi təhlükə altındadır. Qlobal iqlim dəyişikliyi artıq o qədər ciddidir ki, alimlər fəsillərin dəyişməsinin təbii və normal olmadığını proqnozlaşdırırlar.

Azərtac ecoportal.ru saytına istinadla xəbər verir ki, bu barədə kanadalı alimlər Robert Skraybler və Polo Bekvit bildiriblər. Onların məlumatına görə, Şimal yarımkürəsi artıq ekvatordan kənara çıxır. Bu isə gələcəkdə yay və qışın yerini dəyişməsinə gətirib çıxaracaq.

Məhz iki okean cərəyanı arasındakı baryeri qış və yay arasında olan dəqiq fərq tənzimləyir. Bu tarazlığın pozulması təbii fəlakətlərə, o cümlədən ərzaq böhranına səbəb olacaq.