XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 August 2016 - 13:05

Körpü uçdu:14 nəfər həyatını itirdi

Hindistanın Maxaraştra ştatında körpünün uçması nəticəsində 14 insanın cəsədi xilasedicilər tərəfindən tapılıb, 40-a yaxın şəxs isə itkin düşüb.

Ölənlərin bəzilərinin cəsədləri Ərəbistan dənizində Maxaraştra sahillərinin 100 kilometrliyində tapılıb.

Sivitra çayı üzərindəki körpü hələ Britaniyanın Hindistandakı hakimiyyəti illərində tikilib. Körpünün uçmasına səbəb güclü leysan yağışları nəticəsində çayın səviyyəsinin qalxması olub. Hadisə zamanı körpüdə iki avtobus və dörd-beş avtomobil olub(azərtac).