XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 July 2015 - 08:59

İŞİD əmiri milyonçu olmağın qısa yolunu tapdı

İŞİD-in Suriyanın Həsəkə mahalının əslən tunisli əmiri Əbu Fatma el-Tunisi təşkilatın kassasından 6 milyon dollar oğurlayaraq, qeybə çəkilib. Xəbəri “BasNews” xəbər agentliyi yerli qaynaqlara istinadən yayıb. Məlumata görə, əmir həmin oğurluğu 9 iyulda edib və köməkçisi ilə bərabər bilinməyən yerə qaçıb.

Əmirin bu xəyanətindən gec xəbər tutan İŞİD əldə çıraq onu axtarır. Həsəkədə oğru əmirlə təmasda olan hər kəsin sorğuya çəkildiyi bildirilir.

Strateq.az