XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 August 2016 - 14:52

Bu il Ukraynaya 6 milyona yaxınturist gedib

Ukrayna Dövlət Sərhəd Xidmətinin məlumatına görə, ölkəyə gələn əcnəbi vətəndaşların sayı azalıb. 2016-cı ilin birinci yarısında Ukraynaya 5 milyon 884 min turist gəlib ki, bu da 2015-ci ilin birinci yarısı ilə müqayisədə 15 faiz azdır.

Azərtac Ukraynanın UBR portalına istinadla xəbər verir ki, turist axınının seyrəlməsi əvvəlki kimi Moldova, Belarus və Rusiyadan gələnlərin sayının azalması ilə bağlıdır.

Baltik, habelə MDB-nin qalan ölkələrindən gələnlər arasında artım müşahidə olunur. Qeyd edək ki, həmin müddətdə Ukraynaya 44,4 min ( 21 faiz çox) azərbaycanlı gəlib.

Türklərin (101,5 min – 25 faiz çox), israillilərin, almanların, amerikalıların və italyanların Ukraynaya marağı xeyli artıb.

Bir sıra ölkələrin vətəndaşlarına vizaların verilməsi qaydalarının sadələşdirilməsinin səmərəsi artıq göz qabağındadır. Məsələn, Ukraynaya 1724 avstraliyalı gəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 dəfə çoxdur.