Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampı “nifrət carçısı” adlandırıb.
Nazir avqustun 4-də Rostokda çıxış edərkən vurğulayıb ki, “millətçilik kabusunun” dünyada necə dolaşmasını artan narahatlıqla müşahidə edir. AFR-in xarici işlər naziri deyib: “Bu cür sağ populistləri Almaniyada “AfD”, Böyük Britaniyada “Brexit” və ya “indiki halda ABŞ-da Donald Tramp kimi nifrət carçısı” ilə müqayisə edərək, belə bir nəticə çıxarmaq olar ki, onların hamısını bir amil birləşdirir – “onlar insanların qorxu hissləri ilə oynayırlar və öz siyasətlərini bunun üzərində qururlar”.