XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 August 2016 - 16:27

Rusiyada MSK müxalifət liderlərinin deputatlığa namizədliyini qeydə aldı –586 namizəd

parnas

Rusiya Mərkəzi Seçki Komissiyası aparıcı müxalifət partiyalarının Dövlət Dumasına seçkilərdə iştriak üçün irəli sürdüyü namizədləri qeydə alıb.

Strateq.az bildirir ki, MSK bu gün keçirdiyi iclasda “Yabloko” və PARNAS-ın namizəd siyahısını  təsdiq edib. Komissiyanın qərarında qeyd olunur ki, “Yabloko” tərəfindən 305 nəfər, PARNAS-dan isə 281 nəfərin namizədliyi irəli sürülüb.

İclas zamanı PARNAS-ın qeydə alınması barədə qərar qəbul edilib və partiyanın rəhbəri, sabiq baş nazir Mixail Kasyanova deputatlığa namizədlik vəsiqəsi verilib.

 Rusiyada parlament seçkiləri 18 sentyabrda keçiriləcək.