XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

14 Mart 2015 - 07:46

Yunanıstanın avrozonadan çıxması bütün Avropada domino effekti törədər

Panos Kammenos: ” Yunanıstan batsa, onda növbədə İspaniya və İtaliya olacaq”

Картинки по запросу panos kammenos

Yunanıstanın avrozonadan çıxması bütün Avropada domino effekti törədər və sırada İspaniya, İtaliya və hətta Almaniya görünə bilər. Strateq.az xarici KİV-ə isnadən xəbər verir ki, Yunanıstanın müdafiə naziri Panos Kammenos bildirib: “Bizim üçün avrozonadan çıxmaq mümkünsüz görünür, bu, qeyri-qanunidir, buna imkan yoxdur. Əgər Yunanıstan batsa, onda növbədə İspaniya və İtaliya olacaq. Haçansa növbə Almaniyaya da çatar. Buna görə də avro ilə qala biləcəyimiz yolu tapmalıyıq, lakin bu yol yunanları daim ödəməyə məcbur etməməlidir”.

Hərbi idarənin başçısı hazırda maliyyə böhranı keçirdən Yunanıstana maliyyə yardımı mövzusuna da toxunub: “Yardımlar adlı proqramlara gəlincə isə, bu pulları Yunanıstanın sadə adamları almırlar. Bütün vəsaitlər ancaq banklara gedir. İnsanlar isə işsiz oturublar, qiymətlər artmaqdadır”.

Kammenos AB-nin antirusiya sanksiyalarının Afina üçün nəticələrini də yada salıb: “AB-nin Rusiyaya nisbətdə sanksiyaları ucbatından iri məbləğlər itirmişik. Biz ora (Rusiyaya) kənd təsərrüfatı məhsullarımızın, demək olar, 70%-ni ixrac edirik. Turizm də həyati önəmlidir, axı turistlərin 25%-i bizə Rusiyadan gəlir. Buna görə də Avropa Birliyi itirdiyimiz məbləğlərə görə bizə kompensasiya ödəməlidir. Əks halda biz iqtisadiyyatımıza ziyan vuran antirusiya sanksiyalarına qatılmaq istəmirik və qatıla bilmərik”.