XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 July 2015 - 16:08

Macarıstan Ukraynada casuslarının olduğunu etiraf etdi – Kəşfiyyat nazirindən açıqlama

macar-1.jpg

Ukrayna hökuməti Macarıstan xüsusi-xidmət orqanlarını ölkəsində casusluq fəaliyyəti ilə məşğul olmaqda ittiham edib.

Strateq.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, ittihamlara cavab olaraq qarşı tərəf faktı təsdiqləyib.

Macarıstanın daxili kəşfiyyata məsul naziri Yanoş Lazar bildirib ki, macar casuslar Rusiya ilə məlum münaqişə başlayandan bu yana Kiyevdə aktiv fəaliyyətdədirlər. Onun sözlərinə görə, Rusiya-Ukrayna münaqişəsi regionun təhlükəsizliyi ilə bağlı baş vermiş radikal dəyişikliklərin əsas səbəbkarıdır.

Nazir bildirib ki, Macarıstan hökuməti Zakarpatyedə yaşayan macarlarla bağlı dərin narahatlıq keçirir və hesab edir ki, onların gələcəyi hələ uzun illər təhlükə altında olacaq: «Zakarpatye yaxın illərdə bizim üçün ciddi problem olacaq. Macarıstanın xüsusi-xidmət orqanları da regiondakı vətəndaşlarının təhlükəsizliyini təmin etməyə borcludur».

Yanoş Lazar onu da qeyd edib ki, Ukrayna Xarici İşlər Nazirliyi macar casusların qarşısını almaq üçün əlindən gələni edir: «Hətta Macarıstandan olan diplomatların da bu istiqamətdəki fəaliyyəti məhdudlaşdırılır».

Strateq.az