Ermənistanda yeni kütləvi etiraz aksiyasının vaxtı açıqlanıb.
Strateq.az bildirir ki, polis alayını ələ keçirən silahlıları dəstəkləyən mitinqçilər şənbə günü aksiya keçirib.
Növbəti aksiya avqustun 8-nə təyin edilib. Nümayiş təşkilatçılarından biri bunu Putinlə Sərkisyanın görüşünə təzyiq kimi keçirəcəklərini deyib: “Avqustun 10-da Sərkisyan Putinlə görüşəcək. Bu zaman Qarabağ məsələsində hansısa güzəştlər oluna bilər. Bizim Azadlıq meydanına yığışmağımız böyük təsir göstərə bilər. Ona görə biz 8-9 avqustda yığışacağıq”.