ABŞ sosial şəbəkələrində isə başqa məlumatlar dolaşır
ABŞ Dövlət Departamentinin təmsilçisi Cen Psaki jurnalistlər üçün brifinqdə təsdiqləyib ki, Birləşmiş Ştatlar Ukraynaya dəniz piyadaları göndərməyə hazırlaşmır.
Strateq.az xarici KİV-ə əsasən bildirir ki, bununla belə, o, Ukraynadakı münaqişənin sülh yolu ilə həllini ABŞ-ın yeganə mümkün üsul hesab edib-etmədiyi barədə sualı cavablandırmaqdan yayınıb.
Qeyd edək ki, mövzunun müzakirəsinə səbəb Amerikanın şəbəkə resurslarından birində ABŞ dəniz piyadası korpusunun hansısa təlim proqramında iştirak etmək üçün Ukrayna və rus dillərini bilən adamların yığılması barədə reklam elanı olub.
Bununla belə, Psaki jurnalıistlərə təfərrüatlarla bağlı Pentaqona müraciət etməyi məsləhət görüb.